TƏBİB Vidadi İsgəndərovun ölümünə dair məlumat yaydı

TƏBİB Göyçayda əməliyyat zamanı pasiyentin ölümünün ilkin səbəbini açıqlayıb.
"Cebheinfo.az" Yenisabah.az-a istinadən xəbər verir ki, ötən gün saat 09:35 radələrində 1974-cü il təvəllüdlü şəxs Göyçay Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə "iki tərəfli varikosel" diaqnozu ilə əməliyyata qəbul edilib.
Əməliyyat öncəsi xəstə bütün laborator və instrumental müayinələrdən keçirilib və əməliyyat üçün hər hansı əks göstəriş aşkar edilməyib.
Həmin şəxsdə heç bir patoloji hal müşahidə olunmayıb, pasiyentin hemodinamikası stabil olub: "Lakin dəri tikişlərinə başlanılarkən ani ürək dayanması müşahidə edilib. Zəruri tibbi yardımlar və reanimasiya tədbirlərinə baxmayaraq, xəstədə bioloji ölüm baş verib. Ölüm səbəbi kimi "ağciyər arteriyasının trombemboliyası" diaqnozu ehtimal olunur".
Xatırladaq ki, ölən şəxs Ucar rayon sakini, 1974-cü il təvəllüdlü Vidadi İsgəndərovdur.
"Cebheinfo.az"