Hikmət Hacıyev Səid Xətibzadə ilə görüşüb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, görüş çərçivəsində ikitərəfli münasibətlər və beynəlxalq hadisələr barədə müzakirələr aparılıb.
"Cebheinfo.az"