Moskva səfərindən öncə: Tokayevin atasıyla bağlı məxfi məlumatlar AÇIQLANDI

Moskva səfərindən öncə: Tokayevin atasıyla bağlı məxfi məlumatlar AÇIQLANDI

Rusiya Müdafiə Nazirliyi Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin atası Kamil Tokayevin mükafat siyahısı üzərindən məxfiliyini götürüb. 

“Cebheinfo.az” xəbər verir ki, sənəd “Feat of the People” portalında dərc olunub.

Sənəddə qeyd olunur ki, Tokayev 1945-ci ilin yanvarında Polşa Mazoviya Voyevodalığında döyüşlərdə iştirakına görə 2-ci dərəcəli Vətən Müharibəsi Ordeni ilə təltif edilib.

Kamil Tokayev düşmənin mövqeyinə birinci hcum edərək, 5 alman əsgərini öldürüb, bir nəfəri əsir götürərək ayağından yara alıb.

Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb. Qazaxıstan Prezidenti Rusiya paytaxtında keçiriləcək bayram tədbirlərində iştirak edəcəyini təsdiqləyib.

Xəzər
“Cebheinfo.az”