Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-dən çox artıb

Hava nəqliyyatı ilə sərnişin daşımaları 7%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 495,5 min və ya 7,3% çox sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilıb.

Məlumata görə, hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 0,4% azalaraq 161,3 min ton olub.

“Cebheinfo.az”