Ərdoğan: “Bölgə yeni müharibəyə dözə bilməyəcək”

Ərdoğan: “Bölgə yeni müharibəyə dözə bilməyəcək”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan telefonla danışıb.

"Cebheinfo.az" xəbər verir ki, görüşdə İsrail və İran arasında münaqişə, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

Ərdoğan İsrailin İrana hücumları ilə başlayan vəziyyətin bütün bölgənin təhlükəsizliyini riskə atdığını, bölgənin yeni bir müharibəyə dözə bilməyəcəyini, diplomatik təmaslarla münaqişələrin sona çatması üçün çalışdıqlarını bildirib. Ərdoğan bildirib ki, İranla nüvə mübahisəsinin həlli danışıqlar masasına qayıtmalı, mövcud vəziyyət Qəzzaya kölgə salmamalıdır, əks halda İordan çayının qərb sahili və Şərqi Qüdsün də işğal təhlükəsi ilə üzləşə bilər.

Nigar Hacılı

"Cebheinfo.az"