SSRİ dağılandan bir həftə əvvəl azadlığa çıxan azərbaycanlı “oğru”: “Lotu Quli” ilə...

SSRİ dağılandan bir həftə əvvəl azadlığa çıxan azərbaycanlı “oğru”: “Lotu Quli” ilə...

Xəbər verdiyimiz kimi, Moskvada 59 yaşlı azərbaycanlı “qanuni oğru” Vaqif Süleymanov (“Vaqif Bakinski”) saxlanılıb.

O, 3 ay Moskvada Daxili İşlər Nazirliyinin Baş İdarəsinin əcnəbi vətəndaşlar üçün müvəqqəti saxlanma təcridxanasında qalacaq, bundan sonra Azərbaycana ekstadisiya ediləcək. 

Vaqif Süleymanov 1965-ci il avqustun 15-də Tbilisidə anadan olsa da, uşaqlıq və gənclik illəri Bakıda keçib. 1990-cı illərdə Rusiyaya köçüb və orada biznesə başlayıb. İndi o, Kaluqa şosesindəki "Food City" və "Sadovod" bazarıda şərikdir. Hətta Özbəkistan pasportu olduğu da deyilir.

Kriminal aləmdə V.Süleymanov “Diplomat Vaqif” ləqəbləri ilə də tanınır. O, hələ 90-cı illərdə Mirseymur (Seymur Nardaranski) tərəfindən dəstəklənərək “qanuni oğru” olub. V.Süleymanova əvvəlcə kriminal avtoritet “Ded Hasan”, sonra isə “Şakro Molodoy” himayədarlıq edib. 

“Cebheinfo.az” xəbər verir ki, Vaqif Süleymanov peşəkar kriminal karyerasına 80-ci illərdə cibgir kimi başlayıb. Krimal aləmə qoşulmazdan əvvəl 9 il fərqlə oğurluğa görə Moskvada iki dəfə mühakimə olunub. 

İlk dəfə 1982-ci ildə 2 il şərti cəza alıb, ikinci dəfə 1991-ci ildə bir il ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib. O, Bakıya köçürülüb və oradan vaxtından 3 ay 20 gün əvvəl, SSRİ-nin dağılmasından bir həftə əvvəl şərti azadlığa buraxılıb.

Vaqifin “tacqoyma” mərasimi 2001-ci ilin yayında loub. 
2006-cı ildə Süleymanovün üstündə 33 qram narkotik vasitə ilə tapılıb. 2013-cü ildə o, 18 milyon rubl pul tələb etməkdə ittiham olunub.

Elə həmin ilin yazında Vaqifin “xaç ataları”nın sonradan həlak olduğu müharibədə rustavilər Qulini topladılar. Zaur ata, yeri gəlmişkən, Hikmətlə birlikdə güllələnib.

Vaqif ilə Türkiyədə öldürülən “Lotu Quli” arasında iddiaların əksinə olaraq ixtilaf olmayıb. 

Xəzər
“Cebheinfo.az”