"Google" rəqiblərini qabaqlamaq üçün smartfonu ilə bağlı ənənəni pozur

"Google" ənənəni pozur.
Şirkət "Pixel 10" seriyasını payızda deyil, 27 iyun tarixində Londonda keçiriləcək xüsusi tədbirdə təqdim etməyə hazırlaşır.
Oxu.Az bu barədə "Android Authority" portalına istinadla xəbər verir.
Bu, "Google"un "Pixel" smartfonlarını ilk dəfə bu qədər erkən - yayda təqdim etməsi olacaq. Əvvəllər təqdimatlar əsasən oktyabr ayına təsadüf edirdi.
Ekspertlər hesab edir ki, bu qərarın arxasında iki əsas səbəb dayanır:
- "Android 16" sisteminin iyunda çıxması - əməliyyat sistemi ilə sinxron təqdimat planı;
- Aparıcı brendlərlə rəqabəti gücləndirmək və bazarda daha erkən mövqe tutmaq istəyi.
"Google" artıq "Pixel Superfans" istifadəçilərinə dəvət məktubları göndərib. Rəsmi təsdiq olmasa da, bütün işarələr "Pixel 10"un səhnəyə çıxacağını göstərir.
"Cebheinfo.az"