“Sizin fikriniz məni maraqlandırmır”

“Avroviziya 2011” qalibi Nigar Camalın tərzini tənqid edənlərə cavab verib.
"Cebheinfo.az" xəbər verir ki, müğənni heç kimin fikrinə önəm vermədiyini bildirib:
“Qadınların saç rəngi, uzunluğu, stil və başqa məsələlərlə bağlı verdiyi məsləhətlər artıq bezdirib. Bu, mənim üzüm, saçım, stilimdir – bunlar şəxsiyyətimin bir hissəsidir. Necə görünmək istədiyimə yalnız mən qərar verirəm. Makiyaj edib, etməməyim, dəbə uyub, uymamağım – bütün bunlar mənim şüurlu seçimimdir. Gözəl, gənc və ya yaşlı olmaq – bunların hər biri həyatın bir mərhələsidir və özümü hər dövrdə olduğu kimi qəbul edirəm. Mənə başqasının təsdiqi lazım deyil. Açığı, buna ehtiyacım yoxdur. Görünüşümün kiminsə gözləntilərinə uyğun olub-olmaması məni maraqlandırmır. Xüsusilə də “yaxşı məsləhət” adı altında gizlənən qınaq və ya paxıllıq varsa. Biz başqalarının baxışlarına uyğunlaşmaq məcburiyyətində deyilik. Elə görünürəm ki, bu mənim daxili azadlığımı əks etdirir. Mənim üçün vacib olan da məhz budur! Hər kəsə sülh və xeyir diləyirəm”. (Axşam.az)
"Cebheinfo.az"