Azərbaycan XİN ABŞ-ni təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-ı Müstəqillik Günü münasibətilə təbrik edib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.
Paylaşımda ABŞ xalqına ölkənin müstəqilliyinin 250-ci ildönümü münasibətilə təbrik ünvanlanıb.
“4 İyul münasibətilə ABŞ hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq”, - paylaşımda qeyd olunub.
"Cebheinfo.az"

