“Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi davam edir

“Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi davam edir

Ağsu rayonu şimali şərqdən Şamaxı,cənubdan Hacıqabul və Kürdəmir, şimali-qərbdən İsmayıllı rayonları ilə həmsərhəddir.

Rayonun ərazisinin bir hissəsi Böyük qafqaz sıra dağlarının ətəyində, digər hissəsi isə poeziyamızın bəzəyi olan Şirvan düzündə qərar tutub. 

"Cebheinfo.az" xəbər verir ki, "Mühit" Ekoloji Mühafizə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Masallı və Oğuz rayonlarından sonra “Meşə yanğınları ilə mübarizə sahəsində maarifləndirmə” layihəsi iyulun 3-də Ağsu rayonunun Kalva kəndində davam etdirib.

Tədbirdə çıxış edən birliyin sədri Əzizağa Hünbətəliyev Meşə yanğınları ilə mübarizədə əlaqədar nazirliklərlə ictimaiyyətin kordinasiyasının ildən-ilə müsbət xətlə inkişaf etməsini tədqirəlayiq hal olduğunu vurğulayıb.

O, 2024-cü ildə Bakıda keçirilən BMT nin COP29 sesiyasının gündəliyində duran məsələlərin bu gündə aktual olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Fövqalədə Hallar Nazirliyinin Şimal-Qərb Regional DYİ-nin inspektoru Bayram Aslanov meşələrin yandırılmasına qarşı gördükləri qabaqlayıcı tədbirlər haqqında məlumat verərək əhalini yanğın təhlükəsizliyinə qarşı ayıq-sayıq olmağa səsləyib.

Kalva kənd Ərazi Dairəsi Üzrə İcra Nümayəndəsi Cavid Qədirov və müavini Vüqar Əfəndi meşə yanğınları ilə bağlı kənd camaatı ilə tez-tez maarifləndirici söhbətlər aparıldığını, Ağsu Rayon İcra Hakimiyyəti tərəfindən bu problemin daima diqqətdə saxlanıldığını vurğulayıblar.

Kənd Təsərrüfatı Nazirliyinin DAİM-nin baş məsləhətçisi Balafəndi Fərəcov çıxışında yanğınlar baş verən ərazidə torpağın tərkibinin zəiflədiyini, üzvü və mineral maddələrin məhv olduğunu bildirib.

Ekologiya Nazirliyinin 6 Saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin Ağsu Meşəbəyliyinin meşəbəyisi Əhliman Quliyev Meşə ərzilərində yanğın təhlükəsinin qarşısını almaq üçün aqrotexnika qaydalara uyğun olaraq ağaclar arasında şumlama işlərini həyata keçirirdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə iştirak edən yerli sakinlər kol-kosların hər yanı basması səbəbindən yanğın baş verən meşə ərazilərində alovu söndürməkdə çətinlik çəkdiklərini bildiriblər. Yanğına
həssas meşə ərazilərinin keçilməz kolluqlardan təmizlənməsi meşələrin inkişafına xidmət edən amildir. İctimai Birlik sakinlərin xahişini əlaqədar dövlət orqanlarına çatdırmağı özlərinə borc bilib.

Layihənin eksperti Hüquqşünas Aydın Kərimov meşələrin yandırılmasının hüquqi nəticələrindən danışaraq son illər meşə və əkin sahələrinin yandırılması hallarının azalmasını qeyd edərək İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrini şərh edib.

Tədbirin sonunda iştirakçılar Kalva və Dilman kəndlərinin yanğına həssas olan meşə ərazisində iki ədəd qadağan edici lövhələr bərkidiblər.

"Cebheinfo.az"