Təhlükəsizlik boşluqları aşkarlanan dövlət informasiya resurslarının sayı azalıb
Bu ilin ilk yarısında dövlət qurumlarının 399 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb.
"Report"un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 53 % və yaxud 2 dəfə azdır.
Təkcə iyunda isə 47 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 1 il əvvələ nisbətən 78 % və yaxud 4,5 dəfə azdır.
2025-ci ildə dövlət qurumlarının 1 264 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb ki, bu da 2024-cü illə müqayisədə 47,5 % çoxdur.
"Cebheinfo.az"

