Nazir Emin Əmrullayev Oğuzda vətəndaşlarla görüşəcək

Elm və təhsil naziri Emin Əmrullayev iyulun 25-də Oğuz şəhərində vətəndaşları qəbul edəcək. Qəbulda Oğuz, Şəki, Qax, Zaqatala, Balakən və Qəbələ sakinləri iştirak edə bilərlər.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Adları çəkilən şəhər və rayonların sakinləri iyulun 11-nə qədər (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.
Qəbulda iştirak üçün qeydiyyat mütləqdir.
"Cebheinfo.az"