Azərbaycan klubunun rəqibi üç oyunçusu ilə yollarını ayırıb

UEFA Konfrans Liqasında “Zirə”nin rəqibi olan Xorvatiyanın “Hayduk” klubu daha üç futbolçusu ilə yollarını ayırıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Split təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub icarə müddəti başa çatan hücumçular - Stipe Buik, Yan Mlakar və Nazari Rusinlə vidalaşıb.
"Hayduk" daha əvvəl qapıçısı Lovre Kaliniçin müddəti bitən sözləşməsini yeniləməyib.
Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.
"Cebheinfo.az"