Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2025-ci il iyul ayına olan reytinq cədvəlini açıqlayıb.
GİN-in mətbuat xidmətindən bildiriblər ki, siyahıya 330 xalla cüdoçu Zelim Tçkayev başçılıq edir. Azərbaycanın digər cüdoçuları Zelim Kotsoyev və Elcan Hacıyev isə müvafiq olaraq, ikinci və üçüncü pillələrdə qərarlaşıblar.
Reytinq cədvəlində həmçinin, Rəşid Məmmədəliyev (cüdo), Uşanqi Kokauri (cüdo), Nikita Simonov (kişi idman gimnastikası), Qurban Qurbanov (yunan-Roma güləşi), Giorgi Meşvildişvili (sərbəst güləş), Həsrət Cəfərov (yunan-Roma güləşi) və Nihat Məmmədli (yunan-Roma güləşi) yer alıblar.
Qeyd edək ki, reytinq cədvəli idmançıların yanvarın 1-dən iyunun 30-dək olan nəticələri nəzərə alınmaqla tərtib olunub.
"Cebheinfo.az"