Rusiyada "Su-27" qırıcısı qəzaya uğrayıb

Rusiyanın Nijni Novqorod vilayətində hərbi təyyarə qəzaya uğrayıb.
APA “BAZA” “Telegram” kanalına istinadən xəbər verir ki, "Su-27" qırıcı təyyarəsi Kulebaki şəhəri yaxınlığında düşüb.
Qəza zamanı iki pilot katapult edə bilib.
Onlardan biri tapılıb, digərinin axtarışları davam edir.
"Cebheinfo.az"