Qadınlar da əsgər gedəcəklər - MƏCBURİ

Danimarkada ordunun strukturu ilə bağlı ciddi dəyişikliklər həyata keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, parlamentdə qəbul edilən qanuna əsasən, 2025-ci il iyulun 1-dən etibarən 18 yaşını tamamlayan bütün qadınlar məcburi hərbi xidmətə cəlb olunacaqlar. Hazırkı sistemdə qadınlar yalnız könüllü olaraq orduya qoşula bilirdilər. Yeni qanunla onlar da artıq məcburi hərbi xidmət sisteminin bir hissəsi olacaqlar.
Mövcud tətbiqdə 18 yaşdan yuxarı kişilər üçün püşkatma sistemi orduya ehtiyacdan artıq müraciət olduqda tətbiq edilirdi. Bu sistemə artıq qadınlar da daxil ediləcək. Xidmət müddəti də artırılıb.
İndiyə qədər 4 ay olan hərbi xidmət yeni qanunla 11 ay olacaq. Hərbi xidmətə çağırılan şəxslər ilk 5 ay ərzində əsas hazırlıq təlimi alacaqlar. Sonrakı 6 ay ərzində isə əməliyyat və taktiki təlimlərdə iştirak edəcəklər.
Nigar Hacılı
"Cebheinfo.az"