İlon Mask ölkədən çıxarıla bilər?

İlon Mask ölkədən çıxarıla bilər?

ABŞ Prezidenti Donald Tramp ilə iş adamı İlon Mask arasındakı son mübahisə qalmaqala səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın ABŞ-də üçüncü bir partiya quracağı ilə bağlı açıqlamasından sonra Maskın ölkədən çıxarılması çağırışlarına cavab verən Trampın sözləri gündəmə olub.

Bir jurnalistin Maskın mümkün deportasiya ehtimalı ilə bağlı verdiyi suala cavab olaraq Prezident, administrasiyanın bu məsələyə “baxacağını” bildirib.

Tramp, həmçinin Maskın elektrikli nəqliyyat vasitələri üzrə səlahiyyətini itirdiyi üçün qəzəbli olduğunu irəli sürərək, onun "bundan daha çoxunu da itirə biləcəyi" barədə xəbərdarlıq edib.

Bundan əlavə, Tramp İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə bağlı da açıqlamalar verib:

"Bəlkə də DOGE-ni Maskın üstünə salmalıyıq. DOGE, Maskı “yeməyə” gələn bir canavar ola bilər".

Nigar Hacılı 
"Cebheinfo.az"