Rusiya bunu da edir: Miqrantlar nömrələnəcək

Rusiyada hakimiyyət miqrantlara yeni məhdudiyyətlər qoymağa hazırlaşır.
Mətbuat artıq Maliyyə Nazirliyinin qanun layihəsi ilə tanış olub və xarici vətəndaşlarla bağlı yeniliklər planları barədə məlumat alıblar.
Belə ki, yaşayış yeri üzrə qeydiyyat pullu xidmətə çevriləcək, dövlət rüsumu və digər xidmətlər artacaq.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə “Кремлевская табакерка” yazıb.
“Layihənin izahat qeydində deyilir ki, dəyişikliklər əhəmiyyətli miqrasiya axını ilə əlaqədar nəzarəti gücləndirmək üçün edilir”.
Hökumət yeni mübarizə və nəzarət üsullarını nəzərdən keçirirlər. O cümlədən, bir sıra regionlarda miqrantların yaşadığı mənzillərin yaxınlığında, eləcə də əcnəbilərin istifadə etdiyi avtomobillərdə xüsusi nömrə, yaxud nişanların quraşdırılması imkanları müzakirə olunur. Bu, yollarda sürüclərin və qonşuların diqqətini daha çox cəlb etmək üçündür.
Moskva meri Sobyaninin ətrafındakı bəzi rəsmilər hesab edirlər ki, bu cür qərarlar, əksinə, vəziyyəti pisləşdirə, talanlara və ya məişət münaqişələrinin sayının artmasına səbəb ola bilər.
Daxili İşlər Nazirliyi isə əmin edir ki, miqrantlar təkcə bazarlarda və tikinti obyektlərində müntəzəm axtarış və yoxlamalar vasitəsilə deyil, həm də daha sistemli yanaşma yolu ilə daha da ciddi nəzarətdə saxlanılacaqlar.
Xəzər
“Cebheinfo.az”