Paşinyanın düşməni Qareginin iqamətgahında gizlənib

Paşinyanın düşməni Qareginin iqamətgahında gizlənib

“Bütün ermənilərin katolikosu II Qareginin iqamətgahının ərazisinə heç kim müdaxilə etməyib”. 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin spikeri Alen Simonyan iyulun 1-də jurnalistlərlə söhbətində belə deyib. Onun sözlərinə görə, arxiyepiskop Mikael Acapaxyan qaçaraq katolikosun iqamətgahında gizlənib. “O, orada özünü təhlükəsiz hiss edə biləcəyini düşünürdü. 

Bu aydın idi. Məhkəmənin qərarı var. Məhkəmənin qərarının icra olunmaması üçün getmək, harasa soxulmaq, gizlənməyə çalışmaq yolverilməzdir”, - Simonyan bildirib. Parlament  sədrinin sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti vəziyyətin gərginləşə biləcəyini görüb və belə  məqsədinin olmadığını göstərmək üçün geri çəkilib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az