Aİ-nin Trampa cavabı gecikmədi

Aİ-nin Trampa cavabı gecikmədi

ABŞ prezidenti Donald Trampın Aİ-yə 50 faizlik gömrük rüsumunun tətbiq edilməsi təklifindən sonra, Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç sosial media hesabında paylaşım edib.

“Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Aİ ilə ABŞ arasında ticarət danışıqları təhdidlərlə deyil, qarşılıqlı hörmətlə aparılmalıdır. 

ABŞ ticarət naziri Hovard Latnik və ticarət nümayəndəsi Ceymison Qrir ilə görüşlər keçirdiyini ifadə edən Şefçoviç, Aİ-nin hər iki tərəfə fayda verəcək ticarət razılaşması etməkdə qərarlı olduğunu vurğulayıb.

“Aİ-ABŞ ticarəti unikaldır və təhdidlərə deyil, qarşılıqlı hörmətə əsaslanmalıdır. Biz öz maraqlarımızı müdafiə etməyə hazırıq”, - o qeyd edib.

"Cebheinfo.az"