Azərbaycanda duru bitki yağı və marqarin ehtiyatı azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 14 min 025,4 ton duru bitki yağları istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.
Hesabat dövründə Azərbaycanda həmçinin 16 min 375,4 ton marqarin istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 3 % çoxdur.
Mayın 1-nə ölkədə 3 min 342,2 ton duru bitki yağı, 2 min 547,2 ton isə marqarin ehtiyatı yaranıb. Bu, illik müqayisədə müvafiq olaraq 36,5 % və 37,8 % azdır.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.
"Cebheinfo.az"