Florian Virts "Liverpul"da

"Bayer Leverkuzen"in hücumameyilli yarımmüdafiəçisi Florian Virts "Liverpul" klubu ilə müqavilə imzalayıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.
F.Romano iddia edir ki, 22 yaşlı futbolçu İngiltərə klubu ilə yeni müqavilənin bütün şəxsi detallarını razılaşdırıb, bundan sonra yazılı razılıq əldə olunub.
Qeyd olunur ki, artıq "Bayer Leverkuzen" də transferi tez bir zamanda yekunlaşdırmağa hazırdır və gələn həftə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.
"Cebheinfo.az"