Rusiya Finlandiyanın hava məkanını pozub?

Rusiya Finlandiyanın hava məkanını pozub?

Finlandiya Müdafiə Nazirliyi Rusiyanın iki hərbi təyyarəsinin ölkənin hava məkanını pozduğundan şübhələndiklərini açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, nazirliyin “X” sosial media platformasındakı hesabından edilən açıqlamada dünən günorta saatlarında Porvoo sahillərində iki Rusiya hərbi təyyarəsinin ölkənin hava məkanını pozmaqda şübhəli bilindiyi bildirilib.

Finlandiyanın müdafiə naziri Antti Edvard Hakkanen, şübhəli hava məkanı pozuntusunu "ciddi" qəbul etdiklərini və hadisə ilə bağlı araşdırma başladıldığını deyib.

Rusiya tərəfi hələlik məsələyə münasibət bildirməyib.

Nigar Hacılı 
"Cebheinfo.az"