A Seriyasında mövsümün ən yaxşı baş məşqçisi seçildi

"Napoli"nin baş məşqçisi Antonio Konte 2024/25 mövsümü üçün İtaliya çempionatının ən yaxşı məşqçisi seçilib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə A Seriyasının mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat verib.
"Napoli" A Seriyasının sonuncu - 38-ci turunda doğma meydanda "Kalyari"yə qalib gələrək (2:0) ən yaxın rəqibi "İnter"i 1 xal qabaqlayıb və İtaliya çempionu olub.
Qeyd edək ki, Konte 2024-cü ilin yayında Neapolitan komandasının başına keçib. Bu, mütəxəssisin İtaliyada beşinci çempionluğudur. Daha əvvəl 55 yaşlı baş məşqçi "Yuventus"u üç dəfə (2011/12, 2012/13, 2013/14 mövsümü) çempionluğa aparıb və "İnter"lə bir dəfə Skudettonu qazanıb (2020/21 mövsümü).
Xatırladaq ki, "Napoli" dördüncü dəfə (1986/87, 1989/90, 2022/23 və 2024/25) ölkə çempionu olub.
"Cebheinfo.az"