Avropaya səfər üçün on minlərlə qatar bileti hədiyyə ediləcək

Avropa Komissiyası “DiscoverEU” proqramı çərçivəsində 18 yaşı tamam olan gənclərə 35 min 500 “Interrail qatarı” biletinin hədiyyə ediləcəyini açıqlayıb.
“Cebheinfo.az” xəbər verir ki, Fransa-İspaniya sərhədində yerləşən Pireney bölgəsinin məşhur “Sarı qatarın”a turistlərin böyük tələbatı var.
Avropa İttifaqı (Aİ) 18 yaşı tamam olan 35 min 500 gənc avropalıya növbəti dəfə pulsuz “Interrail qatar” biletləri paylayacaq.
"DiscoverEU" adlı səyahət proqramı çərçivəsində paylanacaq biletlər üçün müraciətlər 16 oktyabr saat 12:00-dək açıq olacaq.
“DiscoverEU” proqramına Türkiyə, İslandiya, Lixtenşteyn, Şimali Makedoniya, Norveç və Serbiya kimi Aİ üzvü olmayan ölkələrdən də qatıla bilərlər.
Tək biletlə bütün Avropaya səyahət imkanı təqdim edən “Interrail” lotereyasında iştirak etmək üçün Avropa haqqında bəzi ümumi biliklərə dair sualları cavablandırmaq lazımdır.
Uğurlu müraciətlər arasında keçiriləcək tirajda biletin şanslı qalibləri 1 mart 2025-ci il - 31 may 2026-cı il tarixləri arasında 30 gün ərzində qatarla Avropanın istənilən yerinə səyahət edə biləcəklər.
Proqramda hər il olduğu kimi yalnız bu il 18 yaşı tamam olanlar iştirak edə bilər. Bu səbəbdən yalnız 2006-cı il təvəllüdlülərin müraciətləri qiymətləndiriləcək. Əlil və ya sağlamlıq problemi olanlar da özləri və onları müşayiət edəcək şəxs üçün müraciət edə bilərlər.
“DiscoverEU” proqramı iki alman fəal Vincent-İmmanuel Herr və Martin Speer-in təşəbbüsü ilə 2018-ci ildə başlayıb.
“Herr” və “Speer”-in 18 yaşına çatan hər bir Aİ vətəndaşına “Interrail bileti” vermək və bununla da gənclərin qitəni tanımasına imkan yaratmaq ideyası siyasətin və cəmiyyətin müxtəlif təbəqələrindən dəstək aldı.
Avropa Komissiyasının məlumatına görə, proqramın başlanğıcından indiyədək 1,3 milyon insana 320 min “Interrail bileti” paylanıb.
Nigar
“Cebheinfo.az”