Məşhur aktyor malikanəsini bu qiymətə satışa çıxardı - FOTO

Hollivudun sevilən cütlüyü, Oskar mükafatlı aktrisa Emma Stoun və komediya ustası həyat yoldaşı Dave McCary, Texasın mərkəzində yerləşən milyonlarla dollar dəyərindəki xəyallarındakı malikanəni hələ tam tikilib başa çatmadan satışa çıxarıb.
“Cebheinfo.az” xəbər verir ki, Ostinin ən lüks məhəllələrindən birində yerləşən bu təmtəraqlı mülk 26,5 milyon dollara yeni sahibini gözləyir.
Tikintinin tamamlanmamış olmasına baxmayaraq satışa çıxarılması isə böyük maraq doğurub. Tarrytown məhəlləsində yerləşən bu eksklüziv əmlak 1,24 hektar ərazidə yerləşir. Əsas yaşayış evində dörd yataq otağı, əlavə tikilidə isə iki yataq otağından ibarət qonaq evi, həmçinin kinoteatr və əyləncə sahəsi olan qaraj yer alır. Lake Austin sahilinə yaxın məsafədə yerləşən mülk, göl üzərindəki qayıq körpüsünə cəmi yarım mil (təxminən 800 metr) məsafədədir.
Tikintinin bu yay tamamlanacağı gözlənilir və layihəyə yay istirahətinin ayrılmaz hissəsi sayılan xüsusi üzgüçülük hovuzu da daxildir. Lakin Emma Stoun və Dave McCarynin layihəni niyə tamamlamağa macal tapmadan satışa çıxarması hələ də naməlum olaraq qalır. Paylaşılan fotolara əsasən, tikinti artıq əsasən yekunlaşmış kimi görünür.
Əfsanə Rəcəb
“Cebheinfo.az”