Bakının bu rayonunda da qaz olmayacaq

Xəzər rayonu, Zirə qəsəbəsindəki qaz xəttinin kipliyə sınaq olunması məqsədi ilə 22.05.2025–ci il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Bu barədə "Cebheinfo.az"a “Azəriqaz” İB-dən məlumat verilib.
Qaz təchizatı dayandırılan müddətdə Zirə qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Cebheinfo.az"