Daşqında 3 nəfər ölüb

Daşqında 3 nəfər ölüb

Fransanın cənubundakı Var bölgəsində bazar ertəsindən bəri davam edən leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı artır.

"Cebheinfo.az" xəbər verir ki, dünən 1 nəfərin öldüyü bildirilən Le Lavandouda itkin düşmüş şəxsin cəsədi tapılıb.  Vidauban qəsəbəsində də bir nəfərin sel zamanı avtomobildə sıxışaraq vəfat etməsi ilə ölənlərin sayı 3-ə yüksəlib.

Daşqınlardan zərər çəkmiş ərazilərdə böyük dağıntı, elektrik və su təchizatında fasilələr olub. Relslərin zədələnməsi səbəbindən bölgədə iki sürətli qatarın hərəkəti dayandırılıb. Bildirilib ki, Tuluza-Paris qatarının 500 sərnişini təxliyə edilib, bazar ertəsindən etibarən ölkənin Var bölgəsində 500-dən çox təcili yardım çağırılıb.

Bildirilib ki, yaxınlıqdakı şəhərlərdən 100-ə yaxın təcili xilasedicilər cəlb olunub. Bundan əlavə, 600-ə yaxın evin işıq və su ilə hələ də təmin olunmadığı bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az"