İsrail Ordusu İordan çayının qərb sahilində yeni reydlər keçirib

İsrail Ordusu İordan çayının qərb sahilində yeni reydlər keçirib

İsrailin təhlükəsizlik qüvvələri İordan çayının qərb sahilində növbəti gecə reydləri keçirib və terrorçuluqda şübhəli bilinən 25 nəfəri saxlayıb.

"Report"un verdiyi məlumata görə, bu barədə İsrail Ordusunun Mətbuat xidməti məlumat yayıb.

“Gecə saatlarında İsrailin Müdafiə Ordusu və İsrail polisi İudeya və Samariya bölgələrində (İordan çayının qərb sahilinə İsrail tərəfindən verilən ad – red.) terrorizmlə mübarizə əməliyyatları həyata keçirib və axtarışda olan 25 nəfəri saxlayıb”, - açıqlamada bildirilir.

Qeyd olunur ki, reydlər əsasən İordan çayının qərb sahilində yerləşən Vifleem, Cenin və Xevron şəhərləri ətrafında aparılıb.

"Cebheinfo.az"