Diktator Ukraynada ölən əsgərlərin tabutu BAŞINDA

Diktator Ukraynada ölən əsgərlərin tabutu BAŞINDA

Şimali Koreya lideri Kim Çen In Rusiyanın Ukrayna ilə müharibəsində həlak olan əsgərlərlə vidalaşıb. 

O, əllərini tabutların üzərinə qoyaraq yad edib. Bu, ölkənin Ukrayna-Rusiya münaqişəsində itki verdiyinin ictimaiyyət qarşısında nadir etirafıdır.

“Cebheinfo.az” bu barədə “The Guardian”-a istinadən xəbər verir.

Bazar günü Şimali Koreya ilə Rusiya arasında hərbi müqavilənin imzalanmasının birinci ildönümünə həsr olunmuş tədbir zamanı ekranda Şimali Koreya liderinin ölkə bayrağına bükülmüş tabutların qarşısında dayandığı fotoşəkilləri nümayiş etdirilib.

Vida mərasiminin əslində nə vaxt keçirildiyi məlum deyil. Kim və digər rəsmilər, o cümlədən onun bacısı Kim Yo-jong və xarici işlər naziri Ço Son-hui qış paltarındadır. Bu, əsgərlərin qalıqlarının aylar əvvəl qaytarıldığını ehtimal etməyə əsas verir.

Xəzər
“Cebheinfo.az”