İran Rusiyadan yeni helikopterlər alır
Rusiyanın müdafiə sənayesi şirkəti “Rostecin” tərkibində fəaliyyət göstərən “Rusiya helikopterləri” şirkəti ilə İran arasında “Mi-171” tipli 21 mülki helikopterin tədarükünə dair müqavilə imzalanıb.
"Cebheinfo.az" xəbər verir ki, “Rusiya helikopterləri” şirkətinin yaydığı açıqlamada İran Qızıl Aypara Cəmiyyəti ilə helikopter tədarükü üzrə əldə olunan razılaşmanın detalları açıqlanıb.
Bildirilib ki, müqavilə çərçivəsində İrana 21 ədəd “Mi-171” helikopteri veriləcək.Qeyd olunub ki, həmin helikopterlər səhiyyə əməliyyatları, nəqliyyat missiyaları və sosial əhəmiyyət daşıyan digər sahələrdə istifadə ediləcək.
Şirkətin baş direktoru Nikolay Kolesov açıqlamasında İranın uzun illərdir Rostec və “Rusiya Helikopterləri” üçün mühüm tərəfdaş olduğunu vurğulayıb.
Kolesov bildirib ki, hazırda İranda Rusiya istehsalı olan onlarla mülki helikopter istifadə olunur.
Onun sözlərinə görə, imzalanan müqavilə çərçivəsində helikopterlərin tədarükünə 2027-ci ildə başlanılacaq.
Nigar Hacılı
"Cebheinfo.az"


