“Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

“Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində tədbir keçirilib

“Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsi çərçivəsində Şabran rayonunun Şahnəzərli kəndində məlumatlandırma tədbiri keçirilmişdir.

"Cebheinfo.az" QHT.az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyi 07.06.2026-cı il tarixindən “Quba-Xaçmaz regionunda ictimai iştirakçılığın təşviqi” layihəsinin icrasına başlanılmışdır.

Layihənin əsas məqsədi insan alveri cinayəti, məişət zorakılığı, erkən nigahlar və uşaq əməyinin istismarı kimi hallara qarşı dövlət tərəfindən müvafiq qanunverici bazasının yaradılması və vətəndaşların qorumaq istiqamətində zəruri tədbirlər görülməsinə baxmayaraq həyatlarını təhlükəyə atan, buna bənzər cəhdlər edən insanların maarifləndirilməsi və bu kimi tendensiyaların qarşısının alınmasıdır.

Layihə çərçivəsində Qusar, Xaçmaz və Şabran rayonlarının ərazisində   sosial çəhətən həsas qrupların maarifləndirilməsi yoliu ilə onların dövlət tərfindən təqdim olunan sosial xidmətlərə çıxışlarının yaxşılaşdıraraq həyatı təhlükə daşıyan insan alveri cinayəti və üzləşə biləcəyi digər təhlükələrdən qorunması istiqamətində işlər həyata keçirilir.

Layihə çərçivəsində 17.06.2026-cı il tarixində maarifləndirmə tədbiri keçirilmişdir. Tədbirdə yerli səviyyədə iştirakçılığın təşviq edilməsi yolu ilə vətəndaşların problemlərinin həlli istiqamətində təşəbbüskarlığını inkişaf etdirilməsi məqsədi ilə ətraflı məlumatlandırma işləri həyata keçirilmişdir.

Tədbirdə risk qrupuna daxil olan ailələr,onları narahat edən problemlər dinlənilmiş və onların həlli istiqamətində müzakirələr aparılmışdır. Müzakirələrdə kənd icra nümayəndələri, bələdiyyə əməkdaşları və kənd əhalisi iştirak edərək mövcud problemlərin həlli istiqamətində birgə həll yolları səsləndirilmişdir. Tədbirdə 30 nəfər kənd sakini iştirak etmişdir.

"Cebheinfo.az"