Tramp İranı yenə hədələdi
“Əgər İran özünü pis apararsa, biz yenidən onların başına bomba yağdırmağa başlayacağıq”.
“Cebheinfo.az”-ın məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranla imzalanan razılaşmaya münasibət bildirərkən belə deyib.
“Bu, son qərar deyil. Bu, anlaşma memorandumdur və onların davranışı əgər xoşuma gəlməsə, özlərini yersiz aparsalar, yenidən başlarına bomba yağdırmağa başlayacağıq. Aydındır?”, - deyə Tramp əlavə edib.
Müşfiq Abdulla
“Cebheinfo.az”


