Beynəlxalq olimpiadadan 4 bürünc medalla qayıtdılar
Şagirdlərimiz 12-16 iyun tarixlərində İsveçdə keçirilən Avropa Fizika Olimpiadasından (EuPhO) 4 bürünc medalla qayıdıblar.
Bu barədə "Cebheinfo.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bəxtiyar Ağayev - Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın 11-ci sinif şagirdi,
Məhəmməd Cəfərli - Bakı şəhər Texniki-humanitar liseyin 11-ci sinif şagirdi,
Murad Xəlil - Bakı şəhər Bakı Türk Liseyinin 11-ci sinif şagirdi,
Raiq Babazadə - Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi,
Qeyd edək ki, bu il 41 ölkədən 200 şagirdin yarışdığı mötəbər turnir 2018-ci ildən keçirilir və Avropanın ən nüfuzlu fizika müsabiqələrindən biri hesab edilir.
"Cebheinfo.az"


