İranda İŞİD üzvləri həbs ediliblər

İranda İŞİD üzvləri həbs ediliblər

Bu gün İran Polis Komandanlığının Terrorla Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində Tehranda İŞİD terror qruplaşmasının üzvləri saxlanılıblar.

"Azad İran" "Telegram" kanalı bu barədə İran KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, terrorçular bu yaxınlarda keçiriləcək mərasimlərin birində təxribat və partlayış törətmək niyyətində olublar.

Qeyd olunub ki, əməliyyat zamanı terror şəbəkəsinin qrup lideri və digər üzvləri də daxil olmaqla 13 nəfər silah-sursatla birlikdə tutulub.

"Cebheinfo.az"