Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB

Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB

05.06.2025-ci il tarixində saat 12:10 radələrində 2023-cü il təvəllüdlü şəxs (kişi cinsli) aqonal vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə TƏBİB-dən bildirilib.

Göstərilən reanimasiya tədbirlərinə baxmayaraq, anadangəlmə metobolik xəstəlik, pnevmoniya, ağciyər çatışmazlığı səbəbindən azyaşlının saat 21:50 radələrində ölüm faktı qeydə alınıb.

***

09.20

Gəncədə 2 yaşlı uşaq xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə 2 saylı şəhər Uşaq Xəstəxanasında baş verib.

Şəmkir rayon sakini 2023-cü il təvəllüdlü M.Məmmədov ağır vəziyyətdə uşaq xəstəxanasına çatdırılıb. Lakin həkimlərin göstərdikləri bütün tibbi yardımlara baxmayaraq azyaşlı xəstəxanada vəfat edib.

Azyaşlının hansı səbəbdən ölməsi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"