Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb

Nəsimi rayonunda polis 2 kiloqrama yaxın heroin aşkarlayıb

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir.

DİN-in Mətbuat xidmətindən "Cebheinfo.az"a bildirilib ki, paytaxtın Nəsimi rayonu ərazisində həyata keçirilən tədbirlər zamanı əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş 38 yaşlı M.Həsənov şübhəli şəxs qismində saxlanılıb.

Ondan 2 kiloqrama yaxın heroin aşkarlanaraq götürülüb.

Araşdırma aparılır.

"Cebheinfo.az"