Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlanıb

Azərbaycanda fəaliyyət göstərən Çin şirkətlərinin sayı açıqlanıb

Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır.

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycan-Çin İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 1,4 milyard ABŞ dollarını ötüb:

“Çinin müxtəlif ərazilərində Azərbaycana məxsus ticarət və şərab evləri var. Çin şirkətlərinin ölkəmizdə geniş təmsilçiliyi var. Bu ilin 1 may tarixinə olan məlumata görə, 320-ə yaxın Çin şirkəti ölkəmizdə fəaliyyət göstərir. O cümlədən, yaşıl enerji, nəqliyat, kənd təsərrüfatı sahələri bizim üçün böyük əhəmiyyətə malikdir”.

“Günəş və külək enerjisi potensialımız və Çinin yeni texnologiyalar sahəsindəki təcrübəsini ilə sinerji yaradaraq birgə layihələr formalaşdıra bilərik”, - deyə E.Əliyev əlavə edib.

"Cebheinfo.az"