Millimiz Riqaya çatdı

Millimiz Riqaya çatdı

Xəbər verdiyimiz kimi, Azərbaycan millisi yoldaşlıq görüşü üçün Latviyaya yollanıb.

“Qafqazinfo”nun məlumatına görə, yığmamız artıq sözügedən ölkənin paytaxtı Riqaya çatıb.

Yığma sabah Bakı vaxtı ilə saat 19:30-da matçın baş tutacağı “Skonto” stadionunda son məşqinə çıxacaq.

Qeyd edək ki, iyunun 7-də keçiriləcək Latviya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

"Cebheinfo.az"