Bu ölkədən Azərbaycana gələn turistlərin sayı artıb

Turizm sahəsində Azərbaycan ilə Çin arasında əməkdaşlıq üçün böyük imkanlar var.
2024-cü ilin iyulundan etibarən, Çin vətəndaşları ümumvətəndaş pasportları ilə Azərbaycana vizasız səyahət edə bilirlər. Bu ilin yanvar-aprel aylarında Çindən Azərbaycana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 70 faizədək artıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan-Çin (Quandonq) İqtisadi və Ticarət Əməkdaşlığı Konfransında çıxışı zamanı deyib.
“Ölkələrimiz arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi barədə imzalanan razılaşma isə iki ölkə arasında səfərlərin sayını daha da artıracaq”, - deyə E.Əliyev qeyd edib.
"Cebheinfo.az"