Ədliyyə naziri Gədəbəydə vətəndaşları qəbul edib - FOTO

Ədliyyə naziri Gədəbəydə vətəndaşları qəbul edib - FOTO

Ədliyyə naziri Fərid Əhmədov iyunun 5-də Gədəbəy şəhərində vətəndaşları qəbul edib.

Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edilib.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayon sakinlərinin ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

"Cebheinfo.az"