“Azərbaycanda dinlərarası iğtişaş yoxdur”

“Azərbaycanda dinlərarası iğtişaş yoxdur”

“Azərbaycanda dinlərarası iğtişaş yoxdur”.

"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib.

“Dünyanın bəzi yerlərində müsəlmanlar arasında iğtişaşlar baş verir. Böyük xoşbəxtlikdir ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda qərar qəbul edildi. İslamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı razılığa gəlindi və orada qeyd edildi ki, Azərbaycan bu sahədə nümunə götürülməlidir. Yazılı bəyannamə qəbul edildi. Bu yaxınlarda biz o bəyannaməni çap edəcəyik. Dövlət başçımızın apardığı siyasət sayəsində Azərbaycanda dinlərarası iğtişaş yoxdur”.

"Cebheinfo.az"