Japarov sabah Rusiyaya gedəcək

Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 2-si Rusiyaya işgüzar səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, Japarovla rusiyalı həmkarı Vladimir Putin arasında ikitərəfli görüş gözlənilir.
Görüş zamanı liderlər Qırğızıstan-Rusiya əməkdaşlığının cari məsələlərini, o cümlədən ticarət-iqtisadi, mədəni, humanitar və investisiya sahələrini müzakirə edəcəklər.
"Cebheinfo.az"