Tramp: “ABŞ işğal olunub”

Prezident Donald Tramp qeyri-qanuni miqrasiya problemi həll edilməzsə, ABŞ-nin üçüncü dünya ölkəsinə çevrilə biləcəyini bildirib.
“Cebheinfo.az” xəbər verir ki, Tramp çıxışında ölkədə miqrasiya siyasətinə qarşı qərarlar verən məhkəmələri sərt tənqid edib. Tramp ABŞ-nin "21 milyon qeyri-qanuni miqrant tərəfindən işğal olunduğunu" iddia edib:
"Onların çoxu qatil və yüksək səviyyəli cinayətkarlardır. Əgər radikallaşmış və səriştəsiz məhkəmə sistemi səbəbindən bu şəxsləri ölkədən çıxarmağımıza icazə verilməzsə, Amerika sürətlə cinayət və zorakılıqla dolu bir üçüncü dünya ölkəsinə çevriləcək və bir daha əvvəlki böyüklüyünə qovuşa bilməyəcək".
Tramp sözlərinə "Əks halda artıq ortada bir ölkə də qalmayacaq. Amerikanı yenidən böyük edək", - deyə davam edib.
Əfsanə Rəcəb
“Cebheinfo.az”