Səfirdən sərt açıqlama: “Prezident postuna...”

Rumıniyanın ABŞ-dəki səfiri Andrey Muraru prezidentliyə namizəd Corce Simionun ABŞ-nin ölkəni vizasız səfər proqramına (“Visa Waiver”) qəbul etməməsi ilə bağlı təşəkkür dolu açıqlamasına sərt reaksiya verib.
"Cebheinfo.az" xəbər verir ki, səfir bu cür sözlərin Rumıniya vətəndaşlarının maraqlarına açıq-aşkar hörmətsizlik olduğunu bildirib.
“Simionun ABŞ Prezidenti Donald Trampın Rumıniyanı vizasız rejimə daxil etməməsi qərarına görə məmnunluğunu ifadə etməsi məni həm təəccübləndirdi, həm də dərin şəkildə məyus etdi.
Bu, açıq şəkildə Rumıniya xalqının maraqlarına və hüquqlarına sayğısızlıqdır”, - deyə səfir Muraru “Digi24” telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Simionun dedikləri məsuliyyətsiz, qalmaqallı və həqiqəti əks etdirməyən fikirlərdir.
Səfir qeyd edib ki, Rumıniya uzun müddətdir bu proqramın bütün şərtlərini yerinə yetirib və bu rejimə qəbul olunmalı idi.Muraru sonda əlavə edib:
“Vətəndaşların hüquqlarının məhdudlaşdırılmasını alqışlayan biri, açıq desək, prezident postuna yaraşmır”.
Səbinə Uğur
"Cebheinfo.az"