Kolumbiyada dəhşət: İçində modelin meyitinin qalıqları olan çamadan tapıldı - FOTOLAR

Kolumbiyada dəhşət: İçində modelin meyitinin qalıqları olan çamadan tapıldı - FOTOLAR

Kolumbiyada içində modelin meyitinin qalıqları olan çamadan tapılıb. Ölkə polisi 36 yaşlı modelin qətli ilə bağlı iki əcnəbini axtarır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.

Natalya Vilyalba Anqarita adlı modelin nəşinin qalıqları ölkə paytaxtı Boqotada kirayə götürdüyü mənzildə vanna otağındakı çamadanda aşkarlanıb. Hadisə yerində həmçinin modelin şəxsi əşyaları, o cümlədən iki pasportu da olub.

Polis müəyyən edib ki, mənzilə iki kişi gəlib. Əvvəlcə orada Texasdan olan ABŞ vətəndaşı olub, daha sonra o gedib. İyunun 17-də qadını britaniyalı kişi ziyarət edib. O, ertəsi gün mənzildən çıxıb. Müşahidə kameraları kişinin yataq dəstlərini necə camaşırxanaya apardığını qeydə alıb.

İstintaq müşahidə kameralarının qeydlərini və iki əcnəbinin hərəkətlərini araşdırır. Hər iki şəxs axtarışa verilib.

"Cebheinfo.az"