Bu bölgələrdən uzaq durun - XƏBƏRDARLIQ

Bu bölgələrdən uzaq durun - XƏBƏRDARLIQ

Avropa İttifaqının (Aİ) uçuş təhlükəsizliyi qurumu Vaşinqton ilə Tehran arasında əldə olunan çərçivə sazişi və təmin edilən atəşkəsə baxmayaraq, bölgədə risklərin davam etdiyini bildirib. 

Qurum Orta Şərq və Fars körfəzinə yönəlik uçuş xəbərdarlığını 1 iyul 2026-cı il tarixinədək uzadıb.

"Cebheinfo.az" xəbər verir ki, Köln mərkəzli Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Orta Şərq və Fars körfəzi ilə bağlı Münaqişə Bölgəsi Məlumat Bülleteni (CZIB) çərçivəsindəki xəbərdarlığını yeniləyib.

Açıqlamada ABŞ ilə İran arasında əldə olunan atəşkəsin xüsusilə Hörmüz boğazı və ətrafında qısamüddətli pozuntu risklərinə açıq olduğu vurğulanıb. Həmçinin İsrail ilə "Hizbullah" arasında həssas atəşkəs səbəbindən Livan hava məkanında hərbi hərəkətlilik riskinin davam etdiyi bildirilib.

Orta Şərq və Fars körfəzi üçün daha əvvəl 24 iyunda başa çatması planlaşdırılan uçuş xəbərdarlığı aparılan son risk qiymətləndirmələrindən sonra 1 iyula qədər uzadılıb.

Yenilənən xəbərdarlıq İran, İsrail, İraq, İordaniya, Livan, Küveyt, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Oman və Səudiyyə Ərəbistanının hava məkanlarında bütün yüksəklik səviyyələrini əhatə edir.

EASA sərnişin təhlükəsizliyini təmin etmək məqsədilə aviaşirkətlərə bu bölgələrdən yayınmaları və marşrutlarını yenidən planlaşdırmaları çağırışını təkrarlayıb.

Şirkətlərə cari risk qiymətləndirmələrinə uyğun şəkildə yüksək səviyyəli fövqəladə vəziyyət planları hazırlamalarının vacibliyi də xatırladılıb.

EASA bölgədəki hərbi hərəkətlilik və hücum riskləri səbəbindən ilk dəfə 28 fevralda oxşar xəbərdarlıq yayımlamışdı. Münaqişələrin davam etməsi fonunda bir çox bölgə ölkəsi də hava məkanlarını mülki uçuşlar üçün bağlayıb. 

Nigar Hacılı 
"Cebheinfo.az"