AFFA Təbrizin "Traktor" komandasını təbrik edib

AFFA İran Pro-liqasında ilk dəfə çempion olan Təbrizin "Traktor" komandasını təbrik edib.
Bu barədə assosiasiyanın mətbuat xidməti sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
Qeyd edək ki, "Traktor" XXVIII turda “Şəms Azər” komandasına 4:0 hesabı ilə qalib gələrək qızıl medalları özü üçün təmin edib.
Xallarının sayını 64-ə çatdıran "qızıl qurdlar"ın sona 2 tur qalmış çempion olacağı dəqiqləşib.
"Cebheinfo.az"