Prezident dərmanlarla bağlı fərman imzaladı

Prezident dərmanlarla bağlı fərman imzaladı

ABŞ Prezidenti Donald Trampın sosial media hesabında "ən mühüm və təsirli paylaşımlarımdan biri olacaq" deyərək maraq doğurduğu mövzunun Amerika səhiyyə sistemi ilə bağlı imzalayacağı Prezident fərmanı olduğu ortaya çıxıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth Social” adlı hesabında paylaşım edib.

Bildirib ki, bu, onun "ən mühüm və təsirli paylaşımlarımdan biri olacaq".

“Amerika xalqının illərdir digər ölkələrə nisbətən dərmanlara təxminən 5-10 dəfə çox pul ödədiyinə diqqət çəkərək, ölkədə dərman qiymətlərinin aşağı salınmasını nəzərdə tutan Prezident fərmanı imzalayacağını açıqlayıb”, - deyə Tramp yazıb.

Demokratların illərdir bu problemi həll edə bilmədiklərinə diqqət çəkən Tramp, “Sabah səhər saat 9:00-da Ağ Evdə ölkəmiz tarixinin ən mühüm icra fərmanlarından birini imzalayacağımı məmnuniyyətlə elan edirəm” deyib. 

Reseptli dərman qiymətlərini qısa müddətdə 30 %-dən 80 %-ə endirməyi hədəflədiklərini ifadə edən Tramp, ABŞ vətəndaşlarının dərmanı dünyada ən aşağı qiymət ödəyən ölkə ilə eyni qiymətə alacağını bildirib.

Tramp bu addımın ölkəyə trilyonlarla dollar qənaət edəcəyini müdafiə edib.

Nigar Hacılı 
"Cebheinfo.az"