Ərdoğan Nazirlər Kabinetini yenidən toplayır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetinin iclasını keçirəcək.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Nazirlər Kabinetinin iclasında müzakirə ediləcək mühüm mövzulardan biri terrorizmlə mübarizədə mövcud vəziyyət olacaq. PKK terror təşkilatının açıqlaması və bu açıqlamadan sonra izləyəcək “yol xəritəsi” dəyərləndiriləcək.
İclasın digər mühüm gündəm bəndi Rusiya və Ukrayna arasında sülh danışıqları olacaq.Prezident Ərdoğan, Rusiya Prezidenti Vladimir Putinlə son telefon danışığında sülh danışıqlarının qaldıqları yerdən İstanbulda davam etdirilməsinə dair təklifdən məmnunluğunu ifadə edib.
Ərdoğan həmçinin “Türkiyə ev sahibliyi etməyə hazırdır” deyərək, danışıqların İstanbulda davam etməsi üçün lazımi zəmin hazır olduğunu ifadə edib.
Nigar
“Cebheinfo.az”